Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
- 12.12.2013, 09:47,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Live.az-ın verdiyi məlumata görə, E, F, G və H qruplarında VI turun oyunları baş tutub.
H qrupunun lideri “Barselona” öz meydanında “Seltik”i sınağa çəkib. Kataloniyalılar ilk oyunda minimal hesabla üstələdikləri rəqibi bu dəfə 6 qolla darmadağın ediblər.
Qrupdakı digər qarşılaşmada isə “Milan” öz azarkeşləri qarşısında “Ayaks”ı qəbul edib. İtalyanlar meydandan qolsuz bərabərliklə ayrılsalar da, növbəti mərhələyə vəsiqəni təmin edə biliblər.
Bu görüşlərdən sonra 1/8 finala yüksələn komandalar bəlli olub: “Barselona”, “Atletiko”, “Milan”, “Zenit”, “Borussiya”, “Şalke”, “Arsenal” və “Çelsi”.
E qrupu
“Çelsi” (İngiltərə) - “Styaua” (Rumıniya) 1:0
Giorgievski, 10 (avtoqol)
“Şalke” (Almaniya) - “Bazel” (İsveçrə) - 2:0
Draksler, 51, Matip, 57
F qrupu
“Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə) 2:0
İquain, 73, Kalleyon, 90
“Marsel” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2
Diavara, 14 - Levandovski, 4, Qrossqreuts, 87
G qrupu
"Austriya" (Avstriya) - "Zenit" (Rusiya) 4:1
Hosiner, 44, 51, Tomas, 48, Kyenast, 90 - Kerjakov, 35
"Atletiko" (İspaniya) - "Porto" (Portuqaliya) 2:0
Qarsiya, 14, Dieqo Kosta, 37
H qrupu
“Milan” (İtaliya) - “Ayaks” (Hollandiya) 0:0
“Barselona” (İspaniya) - “Seltik” (Şotlandiya) 6:1
Pike, 7, Pedro, 40, Neymar, 44, 48, 58, Tello, 72 - Samaras, 88