Salyan sakini əl-üzünü yumaq istəyərkən Kürə düşərək boğulub
- 12.12.2013, 16:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 10-da Salyan rayon sakini Sevil Axundova RPŞ-yə ərizə ilə müraciət edərək dekabrın 8-də oğlu, əvvəllər məhkum olunmuş Eminin evdən çıxması və geri qayıtmamasını bildirib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, araşdırmalarla Eminin əl-üzünü yumaq istəyərkən Kür çayına yıxılıb boğulması müəyyən edilib.
Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.