Ornella Muti Bakıya gəlir
- 12.12.2013, 17:43,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda keçirilməsi gözlənilən ən möhtəşəm konsertlərdən birinin aparıcısının adı məlum olub.
Live.Az Gün.Az-a istinadən xəbər verir ki, uzun illər ərzində dünya səhnələrini bəzəyən və “San-Remo” festivalının qalibləri və iştirakçıları olan Toto Kutunyo, Al Bano, Rikki e Poveri, Rikardo Folyi, Umberto Tossi, Tonni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya dekabrın 18-də ilk dəfə Azərbaycanın ən böyük konsert zalında – Crystall Hall-da çıxış edəcəklər. İtaliya ulduzlarının konserti Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək.
Bu gün bu gözəl şounun təşkilatçıları konsertin ən intriqa yaradan sirrini açıqlayıblar. “San Remo” ulduzlarının Bakıdakı konsertinin aparıcısının adı artıq bəllidir. Bu sima bütün dünyada öz gözəlliyi və sənətkarlığı ilə tanınan xanım, hər kəsə “İnadkarın ram edilməsi” filmindən Liza Silvestri, “Qraf Monte-Kristo”dan isə Mersedes obrazları ilə yaxşı tanış olan cazibədar aktrisa Ornella Mutidir.
Ornella Muti ilə birlikdə bu qeyri-adi şounu tanınmış azərbaycanlı aparıcı Tural Əsədov da idarə edəcək. Tamaşaçıları həmçinin konsert əsnasında təqdim ediləcək digər müxtəlif sürprizlər də gözləyir. Bu tədbir yaxşı musiqini sevən dinləyicilər üçün ilin ən əlamətdar və əyləncəli şoularından biri kimi yadda qalacaq.
Artıq şounun musiqili iştirakçılarından hər biri İnstagram vasitəsilə öz pərəstişkarlarına videoçarxlar vasitəsilə müraciət edərək, keçiriləcək konsertə dəvət ediblər.