Ərdoğan: Türkiyə özü üçüncü AES tikə bilər
- 10.05.2013, 12:43,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə ölkədə sayca üçüncü olacaq Atom Elektrik Stansiyasını (AES) özü müstəqil şəkildə tikə biləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışına istinadən "Hürriyyət" qəzeti xəbər yayıb.
Ərdoğan bildirib: "Türkiyə bu gün hava limanı tikintisinə 35-40 milyon ABŞ dolları sərmayə yatıra bilər. Bu o deməkdir ki, biz özümüz ölkədə üçüncü AES-i tamamilə tikə bilərik".
Baş nazirin sözlərinə görə, Türkiyədə üçüncü AES-in tikintisi üçün yerli kadrlar hazırlanır və təhsil almaq üçün onları xaricə göndərilir.
Ərdoğan, həmçinin qeyd edib ki, AES tikintisində Türkiyə yüksək dərəcəli təhlükəsizlik tədbirləri görüb, lakin heç kim bədbəxt hadisələrdən sığortalanmayıb.