Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Abdullayev Bəhram Malik oğlunun idarə etdiyi 10 TL 572 dövlət nömrə nişanlı BMW markalı avtomobillə 1987-ci il təvəllüdlü Əliyev Rafət Vəkil oğlu vurulub. Piyada hadisə yerində dünyasını dəyişib.

Piyadanı vurduqdan sonra sürücü idarəetməni itirib və avtomobil 23 BF 383 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilə çırpılıb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən Bəhram Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri