AFFA Berti Foqtsu Azərbaycan millisində saxladı

AFFA Berti Foqtsu Azərbaycan millisində saxladı Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts yığmada işini davam etdirəcək. Bu barədə Trend-ə AFFA-dakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, AFFA İcraiyyə Komitəsinin Foqtsun milli komandada qalması barədə qərar qəbul edəcəyi gözlənilir.
Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xal toplayaraq qrupda 4-cü olub.
Şərhlər
İdman bölməsinin xəbərləri