Mərkəzi Bank istehlak kreditlərinin şəffaflığının artımı üzrə tələblər hazırlayır
- 10.05.2013, 12:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələrinin əsaslandırılması üzrə tələblər hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında AMB-nin idarə heyətinin rəhbəri Elman Rüstəmov bildirib.
Bu tələblərə uyğun olaraq, banklar tərəfindən AMB-yə təqdim olunan hesabatlarda faiz dərəcələri üzrə məlumatlar daha aydın və ətraflı əks ediləcək.
Rüstəmovun sözlərinə görə, bu tədbirlər ona görə həyata keçirilir ki, banklar əhalinin maliyyə savadsızlığından istifadə etməsin və onlara təqdim olunan kreditlər üzrə real faiz dərəcələrini əsaslandıran tam və şəffaf məlumat verilsin.