"Hobbit" filmi 3D formatında nümayiş olunur
- 13.12.2013, 17:43,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Artıq ikinci ildir ki, “Hobbit” filmi Park Cinema-nın ekranlarına 3D HFR formatında nümayiş olunur!
C. R. Tolkinin “Hobbit yaxud Ora və geriyə” əsəri əsasında rejisser Piter Ceksonun “Hobbit. Smauq boşluğu” kino trilogiyasının 2-ci hissəsi dekabrın 19-dan Park Cinema-nın ekranlarına çıxacaq. Birinci hissəsi kimi, filmin ikinci hissəsi də saniyədə 48 kadr sürətilə yüksək keyfiyyətli görüntü təmin edən RED Epic kameraları ilə çəkilib. Hələ ötən il “Hobbit” Park Cinema-da misli görülməmiş 3D HFR (High frame rate) formatında nümayiş olunub tamaşaçılara unudulmaz hisslər yaşatmışdı. Ekranda baş verən hadisələrin realizmi müqayisə olunmaz idi.
Kinoteatrın PR meneceri Nərgiz Rəfiyevanın sözlərinə görə, filmin üçüncü hissəsi artıq yeni kinoteatrda İMAX 3D formatında təqdim olunacaq. “Biz durmadan inkişaf edirik, bu isə tamaşaçılarımıza yalnız əla kino, yüksək keyfiyyət və çoxsaylı yeniliklər təqdim etmək kimi vəzifələrimizi yerinə yetiririk. Ötən ay Park Bulvar-dakı multipleksimizdə avadanlıq və ekranların yeniləndirilməsi təbii ki, səs və görüntüdə öz müsbət əksini tapıb”.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.