İlhamə Quliyevanın mətbuat katibi Natəvanı hədələdi
- 13.12.2013, 18:05,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli müğənni Natəvan Həbibiyə qarşı çıxıb.
Live.az-ın xəbərinə görə, Lent.az-a açıqlama verən Faiq Ələkbərli bildirib ki, Natəvan bir daha İ. Quliyevanın adını çəksə, qanun qarşısında cavab verəcək: “Mən İlhamə Quliyevanın mətbuat katibi kimi sənətkarın istəyi ilə müğənni Natəvan Həbibiyə bundan sonra onun adını çəkməyə qadağa edirəm. Natəvana demək istəyirəm ki, İlhamə xanım heç kimdən çəkinmir ki. Bu, son xəbərdarlıqdır. Bir daha kimsə İlhamə xanımın adından istifadə edib, həqiqətə uyğun olmayan açıqlamalar versə, qanun qarşısında cavab verəcək”.
Qeyd edək ki, N. Həbibi bu gün “Lider”in “Solo” verilişində İ. Quliyeva ilə olan münasibətə bu cür şərh vermişdi: “Əslində İlhamə Quliyeva guya mənə deyib ki, “sən sus, Aygün xalq artistidir, ona hörmət et”. Jurnalistin İlhamə Quliyevanın adından açıqlama yazması düzgün deyil. Mən onu xəstəxanada ziyarət etdim. İlhamə xanım Qurana əl basıb and içdi ki, “vallah mən elə bir söz deməmişəm, jurnalist özündən yazıb”.