Bakıda 28 yaşlı kişi liftin şaxtasına düşərək ölüb

Bakıda 28 yaşlı kişi liftin şaxtasına düşərək ölüb.

Suraxanı Rayon polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsi 14-cü binada qeydə alınıb.

Əlillər üçün inşa edilən binada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Ceyhun Hacıyev liftin şaxtasına düşərək ölüb.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən şaxtadan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri