Azərbaycanda bu il imtahanlardan keçmiş 244 müəllim işləməkdən imtina edib

Bu il imtahanlardan keçmiş 244 müəllim işi qəbul etməyib.

APA-nın məlumatına görə, bunu bu gün Müəllimlərinin XIV qurultayında təhsil naziri Mikayıl Cabbarov deyib.

M. Cabbarov bu sahədə araşdırma apardıqlarını, müəllimlərin əsasən rayonlara işləməyə getmək istəmədiklərinin üzə çıxdığını bildirib.

O, işdən imtina edən müəllimlərin 82 faizinin qadın olduğunu qeyd edib.

Təhsil naziri bu sahədə problemin aradan qaldırılması üçün müəllimlərin stimullaşdırılmasını, müəllimlər üçün xüsusi ipoteka rejiminin tətbiq olunmasını zəruri sayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri