Sergey Lavrov: “Avropadakı tərəfdaşlarımız elə bildilər ki, qonşularımızı bizdən qoparmaq asandır”
- 14.12.2013, 16:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 16-da Rusiya ilə Avropa Birliyi arasında daimi tərəfdaşlıq şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək. Rusiya tərəfi bu toplantıda Ukrayna mövzusunu qaldırmaq niyyətindədir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Bizim bu mövzuda mütləq söhbətimiz olacaq, özü də kifayət qədər ciddi. Ümid edirəm ki, mənim həmkarlarım bu söhbətə vicdanla yanaşacaqlar və hansısa bəhanə ilə bundan yayınmayacaqlar”, deyə S. Lavrov qeyd edib.
Nazir bildirib ki, Moskvada Ukraynada baş verənlərin qabaqcadan hazırlanmış və ssenariləşdirilmiş hadisələr olduğunu düşünürlər: “Ukraynanın legitim hakimiyyətinin suveren qərarına isterik səviyyədə reaksiya verilməsi heyrətləndiricidir. Bunu necə izah etmək olar ki, Avropa Birliyinin ali komissarı, xarici siyasət idarələrinin rəhbərləri Ukrayna xalqından AB ilə assosiasiya sazişini xeyrinə seçim tələb edirlər? Mövqelərdə fərqlərə diqqət yetirin. Rusiya prezidenti Vladimir Putin dəfələrlə deyib ki, hamı Ukrayna dövlətinin suverenliyinə hörmət göstərməlidir və biz hamımız Ukrayna xalqının seçiminə hörmət edəcəyik. Qərbi avropalılar isə deyirlər: hər kəs Ukrayna xalqının Avropa istiqamətində seçiminə hörmət etməlidir. Yəni ki, artıq ukraynalıların əvəzindən seçim edilib və digərlərinə buna hörmət etmək qalıb. Bu, insanı kədərli düşüncələrə qərq edir”.
S. Lavrovun sözlərinə görə, AB öz mövqeyini “Şərq tərəfdaşlığı” ölkələrinə sırımaq istəyir: “Halbuki bu ölkələr Avropada istehsal olunan məhsulların böyük əksəriyyəti ilə rəqabətə davamlı deyillər. Lakin onları azad ticarət zonasına cəlb edərək yeni bazarlar qazanırlar. Bu bazarlar dərhal rəqabətə davamlı Avropa məhsulları ilə dolacaq və assosiasiya sazişi imzalayan ölkələrdə analoji istehsalı öldürəcək. Bu, Rusiyaya da problemlər yaradacaq, çünki bizim bu ölkələrlə gömrük sərhədlərimiz yoxdur. Lakin onlar gördülər ki, bizim qonşularımızı Rusiyadan qoparmaq elə də asan deyil”.
S. Lavrov bəyan edib ki, Gömrük İttifaqı Ukrayna da daxil olmaqla, müvafiq sazişləri imzalayacaq bütün dövlətlərə açıqdır.