Bild: Rusiya Avropa Birliyi ilə sərhəddə “İsgəndər” tipli raket kompleksləri yerləşdirib

Rusiya Avropa Birliyi ilə sərhəddə “İsgəndər” tipli taktiki-raket kompleksləri yerləşdirib.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın Bild nəşri təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən yazıb.

Qeyd edək ki, nəşrin iddiasına əsasən, peyk vasitəsilə çəkilmiş məxfi fotoşəkillərdə onlarla SS-26 tipli “İsgəndər” taktiki-raket komplekslərinin əks olunub.

Məlumata görə, raket kompleksləri son bir il ərzində Rusiyanın Kalininqrad vilayətinin ərazisində və Rusiyanın Estoniya, Latviya və Litva ilə sərhədində yerləşdirilib. Şəkillərin mənbəyi və çəkildiyi tarix açıqlanmır.

Nəşr hesab edir ki, Rusiya bu yolla Avropanın raketdənmüdafiə sisteminin genişləndirilməsinə cavab addımı atır.

Bild qeyd edir ki, “İsgəndər” raketlərinin uçuş radiusu Polşanın bütün ərazisini və hətta Berlini əhatə edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri