Göyçayda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Göyçay rayonunda 23 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın məlumatına görə hadisə dekabrın 15-də axşam saat 23:00 radələrində Göyçay rayonunun Alxasafa kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Ağayeva Aysel Şamil qızı hamam otağında odun sobasının düzgün quraşdırılmaması səbəbindən dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Aysel Ağayevanın həyat yoldaşı onun bir saatdan artıq hamamda səssiz qalmasından narahat olub və qapını sındıraraq içəri daxil olarkən onu huşsuz vəziyyətdə yerə yıxıldığını görüb. Dərhal evə çağırılan həkimlər müayinə nəticəsində onun öldüyünü bildiriblər.

Qeyd edək ki, A. Ağayevanın iki azyaşlı övladı var.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri