Şamaxının 113 yaşlı sakini dünyasını dəyişib

Şamaxının 113 yaşlı sakini Narınc ana dünyasını dəyişib.

Bu barədə APA-ya Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.

Onun sözlərinə görə, 1900-cü ildə Şamaxının Avaxıl kəndində dünyaya gələn Narınc Müzəffər qızı Nərimanova yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı.

E.Süleymanov Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri