Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ın rəqibi bəlli olub
- 16.12.2013, 16:19,
- Idman / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mərkəzi qərargahında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib.
Live.az-ın xəbərinə görə, Türkiyə təmsilçisi “Qalatasaray”ın rəqibi İngiltərənin “Çelsi” komandası olub. Digər qarşılaşmalar aşağıdakı kimidir:
“Mançester Siti” – “Barselona”
“Olimpiakos” – “Mançester Yunayted”
“Milan” – “Atletiko” (Madrid)
“Bayer” (Leverkuzen) – “Pari Sen Jermen”
“Qalatasaray” – “Çelsi”
“Şalke” – “Real” (Madrid)
“Zenit” – “Borussiya” (Dortmund)
“Arsenal” – “Bavariya”.
İlk matçlar 2014-cü ilin 18-19 və 25-26 fevral tarixlərində, cavab oyunları isə 11-12 və 18-19 mart tarixlərində oynanacaq.