“Tottenhem” baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərib

İngiltərənin “Tottenhem” klubu baş məşqçi Andre Villaş-Boaşla yollarını ayırıb.

London təmsilçisinin idarəçiləri ilə gənc çalışdırıcı arasında görüş baş tutub. Qarşılıqlı razılaşmaya əsasən, portuqaliyalı mütəxəssis postundan azad edilib.

Villaş-Boaş 2012-ci ilin iyul ayından “Tottenhem”ə rəhbərlik edirdi. O, “Çelsi”dən ayrıldıqdan sonra London klubunun “sükanı arxası”na keçmişdi.

Qeyd edək ki, “Tottenhem” hazırda 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 8 xal geri qalır.
Şərhlər
İdman bölməsinin xəbərləri