Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib
- 17.12.2013, 00:39,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.
APA-nın məlumatına görə, bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətləri və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanın yeni hökumətinin Azərbaycanla siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək istəyini diqqətə çatdırıb. Baş nazir eyni zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsi ilə bağlı Azərbaycanın nümayiş etdirdiyi sarsılmaz dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.