Lənkəranda narkotiklərin məhvetmə kampaniyası keçirilib

Bu gün Lənkəran Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) rayon məhkəməsinin qərarına əsasən müsadirə olunmuş narkotik vasitələrin məhvetmə kampaniyası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında yaradılmış komissiyanın iştirakı ilə Lənkəran icra şöbəsinin icraatında olan 55 icra sənədi üzrə müxtəlif çəkidə, külli miqdar hesab edilməyən narkotik vasitələr yandırılaraq məhv edilib.

Yandırılma prosesi zamanı əsasən rayon məhkəməsinin son iki il ərzindəki icra qərarlarına əsasən müsadirə olunmuş narkotik maddələr dövriyyədən çıxarılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri