Azərbaycanda vulkan püskürüb

Azərbaycanda vulkan püskürüb Bu gecə Azərbaycanın Şabran rayonu ərazisində vulkan püskürməsi baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında bildirib ki, bu barədə onlara da məlumat daxil olub.

Onun sözlərinə görə, hazırda Geologiya İnstitutunun işçiləri həmin əraziyə göndərilib, ərazidə müvafiq araşdırmalar aparılacaq. A. Əliyev qeyd edib ki, hazırda vulkanın nə qədər ərazini əhatə etməsi, neçə saat davam etməsi barədə dəqiq məlumat yoxdur: “Sadəcə rayondan xəbər verilib ki, həmin ərazidə püskürmə olub. İndi aydınlaşdırmaq lazımdır ki, bu vulkan püskürməsidir, ya yox. Məlumatın düzgün və ya səhv olacağı araşdırmalardan sonra məlum olacaq. Hərdən əhali tərəfindən yanlış məlumatlar da bizə daxil olur. Ona görə də müvafiq araşdırmalar aparmaq lazımdır ki, həmin ərazidə baş verən palçıq vulkanı püskürməsidir, yoxsa başqa hadisədir. Hazırda tam məlumat yoxdur. Bütün araşdırmaları apardıqdan sonra hadisə barədə dəqiq məlumat vermək mümkün olacaq”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri