Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Gülər Əhmədovanın səhhəti barədə məlumatlara münasibət bildirib

“Sabiq millət vəkili Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Onun heç bir ciddi narahatlığı yoxdur”.


Bunu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyev APA-ya açıqlamasında deyib.



Həbsdə olan Gülər Əhmədovanın səhhətində ciddi problem olması barədə verilən məlumatlara münasibət bildirən R. Mehdiyev onun hər hansı tibbi müdaxiləyə ehtiyacının olmadığını açıqlayıb: “Əgər hər hansı tibbi müdaxiləyə ehtiyac duyularsa, nə lazımdırsa ediləcək. Hazırda onun hər hansı tibb müəssisəsinə köçürülməsinə gərək yoxdur”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri