Dünyaca məşhur DJ Tiesto-nun Bakı konsertinin təşkilatçısı həbs oluna bilər [Foto]
- 17.12.2013, 13:28,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təşkilatçı və DJ Ramil Əşrəfov tərəfindən bir neçə dəfə açıqlama verilsə də, bilet alan insanların qəzəbi səngimək bilmir. O öz rəsmi səhifəsində son dəfə belə bir açıqlama verib.
"Yenidən sizlərin nəzərinizə çatdırıram: konsertin təxirə salınması səbəbi pulların Tiestoya gec çatması olub. Mən bilmirdim ki, konsert təxirə salınacaq, yoxsa bu qədər israfçılığa yol verməzdim. Qabaqcadan hamıya bu barədə xəbər verərdim və inanın ki, əlimdə olan pullarla sizlərin bilet pulunuzu geri qaytarardım.
Hal-hazırda Tiesto ilə danışıqlar aparılır və pulun yarı qiymətinin geri qaytarılması da həll olunur, amma bunun üçün vaxt lazımdır. Sizlərdən çoxunuz artıq polisə şikayət etmisiz və hətta iş açılıb. İstənilən halda siz öz pullarınızı geri alacaqsız, bundan narahat olmayın.
Mənim bütün dostlarım və mənə bu ağır gündə dəstək olanlar çox sağ olsunlar. Mən bunları heç vaxt unutmayacam. Yaxşı insanlar pislərdən çoxdur. Mən istəməzdim kimsə bu vəziyyətə düşsün. Mənim karyeram bununla bitdi, qoy artıq başqaları sizlər üçün "ivent"lər təşkil eləsinlər..."