Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun ikinci günü qalmaqallı anlarla yadda qaldı.
17 məşhurun mübarizə apardığı yarışda iştirakçıların əksəriyyəti aparıcı Mirsalam Mirsalamovun oyundan uzaqlaşdırılmasını istəyiblər.
Mirsalam iştirakçılardan onun şəklini atmaqlarını xahiş etdiyini söyləyib:
“Hər kəsdən şəklimin atılmasını xahiş etdim. Səs toplayıb bir nəfəri çıxaracağam. Hədəfim isə bəllidir”.
Stilist Anar Ağakişiyev maraqlı addımla çıxış edib. O, tələb olunan səs faizini toplayarsa, Mirsalamdan onu çıxartmasını istəyib. Aparıcı isə onu seçməyəcəyini deyib.
Daha sonra tamaşaçıların səsverməsi keçirilib. Mirsalam Mirsalamov 51.33 faiz səs toplayıb və oyunun şərtlərinə uyğun olaraq, yarışmada mübarizəni davam etdirmək şansı qazanıb.
O, gənc müğənni Orxan Babazadəni oyundan uzaqlaşdırıb. O.Babazadə isə onun ünvanına “sən kişi deyilsən” söyləyib.
Nəzərinizə çatdırırıq ki, müğənni Günay İbrahimli, Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan), aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Şəhriyar Əbilov, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov, idmançı Eduard Məmmədov və dicey Çina mübarizəni hazırda davam etdirir.