Ərdoğan Hakan Şükürü sərt tənqid edib
- 18.12.2013, 01:39,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) başqanı Rəcəb Tayyib Ərdoğan millət vəkili, keçmiş futbol ulduzu Hakan Şükürün partiyadan istefasına münasibət bildirib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan belə bir addımı gözləmədiyini deyib: “Doğrusu, ona yaraşdırmadım. Hər söz sahibinə aiddir. Mənə qarşı sözlərini yadırğadım”.
Baş nazir “üzüldünüzmü?” sualını belə cavablandırıb: “Niyə üzülüm? Bir insan bir partiyanın bayrağı altında seçkiyə gedirsə, o partiya ilə birlikdə hərəkət etməlidir. Ayrılırsa, təkcə partiyadan ayrılmamalıdır. Əgər dürüst adamdırsa, parlamentdən, millət vəkilliyindən də ayrılmalıdır. Amma təbii ki, bu, hər kəsə nəsib olan bir şey deyil”.