Cənubi Sudanda baş vermiş toqquşmalarda 500 nəfər ölüb

Cənubi Sudanda dekabrın 15-dən başlayan silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 500-ü keçib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Kuol Manyanq bildirib.
Nazirin sözlərinə görə, qarşıdurma zamanı daha 200 nəfər yaralanıb, 10 hərbçi isə dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, dekabrın 15-də bir qrup silahlı şəxsin Müdafiə Nazirliyinin binasını ələ keçirmək cəhd uğursuzluqla nəticələnib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri