Şirvanda avtomobillə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-nın Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, dekabrın 17-də axşam saatlarında Şirvan-Salyan avtomagistralının Çılpaqlı qəsəbəsindən keçən hissəsində, naməlum avtomobil yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Cəfərova Fazilə Sarxan qızını vurub. Piyada xəsarətlə Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan, kimliyi məlum olmayan sürücünün və avtomobilin axtarışları davam etdirilir.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri