Berti Foqts daha 2 il Azərbaycan yığmasında çalışacaq

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirib.


Toplantının gündəliyində duran əsas məqam Azərbaycan millisinin baş məşqçisi məsələsinin müzakirəsi olub.


Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib. Komitə üzvləri onun köməkçilərini də təsdiqləyib.

Millinin sabiq üzvləri Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Sonuncu artıq bir müddətdir yığmada çalışırsa, “Kəpəz” Topaz Premyer Liqanı tərk etdikdən sonra işsiz qalan Qurbanov millinin məşqçiləri sırasına yeni daxil olub.

Yeni anlaşmada almaniyalı mütəxəssisin Azərbaycanda daha çox vaxt keçirməsini təmin edən şərt də var. Belə ki, müqaviləyə əsasən Foqts ayın ən azı 21 gününü ölkəmizdə keçirməlidir.
Şərhlər
İdman bölməsinin xəbərləri