Rövnəq Abdullayev: “Azərbaycan yığmasının Avro-2020-nin final mərhələsində qatılmasını istəyirik”
- 18.12.2013, 14:01,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanlı məşqçilərin təcrübə keçməsinə şərait yaradacağıq”. Live.az-in xəbərinə görə, bu sözləri APA-ya açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Assosiasiya rəhbəri İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verib: “Uşaq futbolu ilə bağlı yaxşı qərar qəbul etdik. AFFA-nın hesabına Premyer Liqanın 10 klubuna dünyanın müxtəlif yerlərindən olan məşqçilər gələcək. Onlar sırf uşaq futboluna nəzarət edəcəklər”.
Abdullayev klublarda yaradılacaq İdarə Heyəti haqda da danışıb: “Klublarımızda İdarə Heyəti yaradılacaq. Orda AFFA-nın bir nümayəndəsi yer alacaq. Klub sahibləri daha istədikləri qərarları qəbul edə bilməyəcəklər”.
AFFA prezidenti Azərbaycan millisinin baş məşqçisi ilə bağlı müzakirələrə də toxunub: “İcraiyyə Komitəsinin iclası normal keçdi. Hamı fikir bildirdi. Biz Berti Foqtsdan razı olsaq da, o, yığmanın çıxışından narazıdır. Foqtsun qarşısında müəyyən şərtlər də qoymuşuq. Baş məşqçi Azərbaycanda daha çox qalmalı, Topaz Premyer Liqasının qarşılaşmalarını izləməli, klub məşqçiləri ilə ünsiyyətdə olmalıdır”.
Abdullayev Foqtsun köməkçiləri ilə bağlı məsələdən də danışıb: “2014-cü ilin yanvarında milli komandanın toplanışı olacaq. Bundan başqa, Foqts klubların toplanışlarına yollanaraq, klub məşqçiləri ilə görüşəcək. Ona məsləhət gördük ki, köməkçilərinin sayını artırsın. Almaniyalı ilə gənc məşqçilərimizin çalışmasını istəyirik. Aslan Kərimov və Mahmud Qurbanov artıq yığmadadırlar. Ola bilər ki, gələcəkdə bu say artsın”.
Qurum başçısı bildirib ki, İcraiyyə Komitəsi baş məşqçimin qarşısına tapşırıqlar da qoyub: “Millimizin hər oyunda sonadək mübarizə aparmasını istəyirik. Avro-2016-nın seçmə mərhələsində yüksək yerlər uğrunda mübarizə aparacaq millimizdən növbəti qitə çempionatında uğur gözləyirik. Komandamızın Avro-2020-nin final mərhələsində qatılmasını istəyirik. Həmin yarışın bəzi oyunları Bakıda keçirilə bilər. Biz də final mərhələsindəki ilk oyunumuzun Azərbaycanda baş tutması arzusundayıq”.