Rəcəb Tayyib Ərdoğan: “Atamızın oğlu olsa belə dinləməyəcəyik”
- 19.12.2013, 00:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsində korrupsiya və qaçaqmalçılıq ittihamı ilə bir qrup məmurun və üç nazirin övladının həbs edilməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, baş nazir keçirilmiş əməliyyat barədə hökumətin məlumatlandırılmamasının qəbuledilməz olduğunu deyib.
O, bu əməliyyatı keçirənlərin özlərini “dövlət içində dövlət” kimi aparmaq iddiasında olduqlarını bildirib.
Keçirilmiş əməliyyatın həm xarici, həm də daxili qüvvələrin işbirliyinin nəticəsi olduğunu deyən baş nazir “bununla bağlı həm təsbitimiz, həm də təxminlərimiz var. Sonuna qədər araşdıracağıq, atamızın oğlu olsa belə dinləməyəcəyik” deyə bildirib.
Ərdoğan keçirilmiş əməliyyatın məqsədlərinin dövlət banklarına zərbə vurmaq, hökumət və onun üzvlərini gözdən salmaq olduğunu bildirib.
Baş nazir qeyd edib ki, bu əməliyyat çərçivəsində bəzi hökumət üzvlərinin özlərinin və ailə üzvlərinin adının hallandırılması məsələsi də sona qədər araşdırılacaq: “Biz bunu müxalifət dediyi üçün etmirik. Öz nüfuzumuz və xalq qarşısında hesabat vermək üçün edəcəyik”.
Baş nazir bəzi mətbuat orqanlarını da məsələyə qərəzli yanaşmaqda ittiham edib.