Sumqayıt-Bakı istiqamətində yaranan tıxacların aradan qaldırılması üçün tədbirlər görülür
- 19.12.2013, 14:22,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt-Bakı və Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılması üçün tədbirlər davam etdirilir.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Bakı-Quba yolunun 7-10-cu kilometr sahəsində tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülür.
Onun sözlərinə görə, artıq Bakı-Quba yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında dəmiryol üzərində mövcud yol ötürücünün yanında inşa olunan 4 aşırımlı yolötürücünün inşası başa çatdırılıb. Hazırda istinad divarları və yanaşma yolları inşa olunur.
P.Mürsəliyev bildirib ki, inşa olunan yanaşma yolları yol ötürücüsündən Beynəlxalq Avtovağzala, oradan isə Beynəlxalq Atıcılıq Federasiyasının bazasına qədər davam edəcək.
Bundan başqa, eyni zamanda Bakıdan-Sumqayıta gedən istiqamətdə - Biləcəri hissəsində yeni ötürücü inşa olunur. Yol ötürücüsünün yanaşma yolları yeni inşa olunan piyada keçidinə qədər davam edəcək. Onun yan hissəsində dairəvi hərəkət nəzərdə tutulur ki, bu da avtomobillərin istənilən istiqamətə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq.