Günay İbrahimli və Günay Hümbətova “maşında” mübahisə ediblər
- 19.12.2013, 14:38,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunda mübarizə davam edir.
Şou ərzində müğənni Roza Zərgərli, Günay İbrahimli və aparıcı Günel Hümbətova arasında mübarizə gedib. Günel bildirib ki, G.İbrahimlinin öz fikri yoxdur, o, R.Zərgərlinin diktəsi ilə hərəkət edir. Günay İbrahimli isə aparıcının onunla 4 ildir ki, mübarizə apardığını və onu sevmədiyi üçün belə addım atdığını deyib. Günel isə bunun həqiqəti əks etdirmədiyini söyləyərək hər zaman aparıcılıq etdiyi verilişlərdə müğənniyə yer ayırdığını və diqqət göstərdiyini vurğulayıb.
Tamaşaçıların səsverməsi nəticəsində, Günay İbrahimli tələb olunan səsi toplaya bilməyib və 32,26 faizlə yarışmada qalmaq şansını itirib. O, qalib gəlsəydi, Günel Hümbətovanı çıxaracağını da etiraf edib. Günel isə sadəcə gülümsəyərək Günayın verilişdən uzaqlaşmasını izləyib.
Qeyd edək ki, hazırda müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan), aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina mübarizəni davam etdirir.