Qalmaqallı türk prodüser: Günel, canını Zərrabdan yaxşı qurtardın
- 19.12.2013, 14:44,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin tanınmış və qalmaqallı prodüseri Erol Köse ölkədəki rüşvət əməliyyatı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.
Live.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, Türkiyə mətbuatı xəbər verib ki, prodüser tvitter hesabında müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab haqqında bunları yazıb:
“Sabahınız xeyir, baxaq görək bu gün kim soydu milləti…Kim ölkəni bölməyə çalışdı…Bu an etibarı ilə Ebru Gündəşin iki villası müsadirə olundu. Yeniyetmə sifət ərinin bütün mal varlığı müsadirə olundu. Ən çox Ebruya üzüldüm. Hər kəs bilir ki, sırf pulu üçün onunla evlənmişdi . Heç onun tipi deyildi. Bax gör nə oldu indi? Əldəki pullar da getdi. Azəri qızı Günel, canını Zərrabdan yaxşı qurtardın sən …Ya da ahın tutdu”.
Qeyd, edək ki Ebru Gündəşdən öncə Azeri Günellə adı keçib. Deyilənlərə görə Reza Zerrabın üstündə iki müğənni münasibəri çox soyuqdur.