Azərbaycanda 2014-cü il üçün ehtiyac meyarının həddi və yaşayış minimumu artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunlarını imzalayıb.

APA-nın məlumatına görə, ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100  manat məbləğində təsdiq edilib.
 
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125  manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.
 
Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri