Azərbaycan Dövlət Neft Fondu daha 1 ton qızılı ölkəyə gətirib

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış və London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troya unsiyası) Britaniyanın «Brinks Qlobal Servisiz» şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.



Fonddan APA-ya verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.



Qeyd edək ki, martın 1-nə Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir.



Xatırladaq ki, yanvarın 1-nə Fondun vəsaitlərinin ümumi həcmi 34 129,4 mln. dollar təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri