Azərbaycanda küləkli hava şəraiti davam edəcək, küləyin sürəti arabir 20-25 metrədək güclənəcək

Azərbaycanda küləkli hava şəraiti davam edəcək, küləyin sürəti arabir 20-25 metrədək güclənəcək Yaxın 2 gün ərzində Azərbaycan ərazisində hava əsasən küləkli olacaq, bəzi yerlərdə arabir küləyin sürəti saniyədə 20-25 metrədək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək. Gündüz cənub küləyi 8-13 m/san sürəti ilə əsəcək, küləyin sürəti arabir 15-18 metrədık yüksələcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək yüksələcək.

Martın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi 10-15 m/san sürəti ilə əsəcək, gündüz küləyin sürəti arabir 18-23 m/san-dək güclənəcək.

Martın 15 və 16-da Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi 5-10 m/san sürəti ilə əsəcək, arabir isə küləyin sürəti 15-20 m/san-dək güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, bəzi yerlərdə 23 dərəcəyə kimi isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi 5-10 m/san sürəti ilə əsəcək, arabir isə küləyin sürəti 20-25 m/san-dək güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Göycay, Ağcabədi rayonlarında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə 24 dərəcə isti olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz olacaq. Cənub-qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, dağlıq ərazilərdə küləyin sürəti arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 6-11 dərəcə isti, gündüz 16-21, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri