İstanbul polisinin rəisi vəzifəsindən azad edildi
- 20.12.2013, 16:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbul polisinin rəisi Hüseyn Çapkın bəzi nazirlərin övladlarının və iş adamlarının korrupsiyada əli olmaları barədə məlumatı gizlətməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul polisi hələ bir il bundan əvvəl bu məsələlərdən xəbərdar imiş.
Qeyd edək ki, bu həftə Türkiyə polisinin İstanbul və Ankarada keçirdiyi xüsusi əməliyyat nəticəsində aralarında iş adamları və bəzi nazirlərin övladlarının da olduğu 52 nəfər saxlanılıb.