Salyanda yola çıxan at bir nəfərin ölümünə səbəb olub
- 20.12.2013, 16:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Salyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi sonda ölümlə nəticələnib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 18-də Salyan rayonu ərazisində Neftçala rayon sakini Natiq Nəsirov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolun hərəkət hissəsinə çıxaraq atı vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı dirəyə çırpıb.
N.Nəsirovun sərnişini - həmyerlisi Məlahət Əliyeva xəstəxanaya yerləşdirilib. Lakin həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Məlahət Əliyeva dekabrın 19-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.