"Qarabağ" ikinci dövrənin şəriksiz lideri oldu

"Qarabağ" ikinci dövrənin şəriksiz lideri oldu Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun - ikinci dövrənin son turunun oyunları keçirilib.

Doğma meydanda "Bakı"nı qəbul edən "Qəbələ" 2:0 hesabı ilə qələbə qazanıb.

"Xəzər Lənkəran" - "Sumqayıt" oyununda 7 qol qeydə alınıb. Matç cənub təmsilçisinin xeyrinə başa çatıb - 4:3.

AZAL - "Neftçi" matçında isə "təyyarəçilər" üstün olublar - 2:1. Oyunun 80 və 83-cü dəqiqələrində "Neftçi"nin heyətində Mahir Şükürov və Elvin Yunuszadə qırmızı vərəqə alaraq meydanı tərk ediblər.

Bkıda keçirilən "Rəvan" - "Simurq" matçında zaqatalalılar 0:3 hesabı ilə qalib gəliblər.

Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" və "İnter" komandaları üz-üzə gəliblər. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə başa çatıb - 2:0.

Beləliklə, Premyer Liqanın birinci dövrəsinə yekun vurulub. Turnir cədvəlində "Qarabağ" 36 xalla 1-ci, "Qəbələ" 35 xalla 2-ci, "Neftçi" isə 34 xalla 3-cü sıradadır.
Şərhlər
İdman bölməsinin xəbərləri