Mirsalam Mirsalamov “Möhtəşəm Maşın”dan getdi

ATV telekanalında canlı yayımlanan “Möhtəşəm Maşın” şousu tam sürətilə davam edir.

Dj Çinanın dünənki gözlənilməz seçimindən sonra Mirsalam, onun şəkilinin qutuya atılmasını iştirakçılardan rica edib.

Bütün şou ərzində “Dj Çinanı çıxardacaqmı?” sualları ilə qarşılaşan Mirsalam, gözlənilməz qərar verib. Belə ki, 50,79% səs toplayaraq özü şoudan ayrılıb.

Mirsalamın açıqlamasına görə, şouda fəaliyyətini davam etdirsə, insani keyfiyyətlərini itirə bilər.

“Mən bu gecə qalib oldum. Qalib kimi də oyunu tərk etmək istəyirəm. Elə düşünsünlər ki, bu zəiflik əlamətidir. Nəticə etibarilə, mən qalibəm. Maşını daha da güclü oyunçulara həvalə edirəm” deyə fikrini tamamlayıb.

Möhtəşəm gecədə növbəti sürpriz dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarovun öz ansamblı ilə canlı yayıma qatılması olub. Ağalarov, 35 yaşına yenicə qədəm qoyan layihənin rəhbəri və aparıcısı Murad Dadaşovu efirdən təbrik edib.

“Gecədə iştirak etdiyim üçün çox xoşbəxtəm” deyən Emin, Murad üçün “Happy birthday” mahnısını ifa edib.

Sabah “Buta Palace”da baş tutacaq konsert üçün ölkəyə təşrif buyuran Emin Ağalarov, şouda yeni mahnısını canlı olaraq ifa edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri