Şəkidə dələduzluqla məşğul olan Göyçay sakini tutulub

Şəkidə dələduzluqla məşğul olan Göyçay rayon sakini həbs edilib.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı üç il əvvəl Şəki rayon sakinlərini dələduzluq yolu ilə aldadaraq küllü miqdarda pulunu mənimsəyən 55 yaşlı Göyçay rayon sakini Vahid Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, V.Məmmədov 2010-cu il ərzində ayrı-ayrı vaxtlarda etibardan sui-istifadə etməklə və aldatma yolu ilə Şəkinin Şin kənd sakinləri Şükür Ağamirzəyevin 1500 manat, Mirzalı Həsənovun 5650 manat, digər rayon sakinləri Mahir Qarayevin 4650 manat və Fərhad Süleymanovun 2200 manat pulunu mənimsəyib.

Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, V.Məmmədovun digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri