Bakıda 37 yaşlı şəxs qayçılandı

Ötən gecə saat 22:12 radələrində Bakının Qaradağ rayonu ərazisində vətəndaşa qayçı ilə xəsarət yetiriblər. Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, Seymur Orucov küçəsi, mənzil 10 ünvanında yaşayan 37 yaşlı Səxavət Cabbarov qayçılanıb.


Onu xəstəxanaya yerləşdiriblər.


Qayçılanma hadisəsinin təfərrütları ortaya çıxıb. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin rəisi Xəlil Səfərovun verdiyi məlumata görə, Seymur Orucov sol əlinin biləyindən xəsarət alıb. Hazırda onun vəziyyəti normaldır.


Hadisənin isə ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri