Bu ay dəm qazından zəhərlənmə ilə bağlı Toksikologiya Mərkəzinə 65 müraciət edilib
- 23.12.2013, 14:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il Azərbaycanda dəm qazından zəhərlənmələrin sayı durmadan artır.
Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dekabr ayı ərzində ölkədə dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 65 müraciət olunub. Onun sözlərinə görə, müraciət edənlərdən 32 nəfəri xəstəxanaya yerləşdirilib. Müraciətlərin daha çox paytaxt və Bakıətafı ərazilərdən daxil olduğunu deyən A.Maqsudov vurğulayıb ki, onların 70%-i qadın, 30%-i isə kişilərdir: “Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır və orta-ağırdır. Bu illə müqayisədə ötən ilin noyabr-dekabr ayı daha soyuq keçib. Buna əsasən ötən ilin dekabr ayında mərkəzə 80 müraciət daxil olub. Bu il dekabr ayında isə hələki müraciətlərin sayı 65-i keçib. Ayın sonuna kimi müraciət edənlərin sayı ötən ili üstələyəcək”.