Gəncədə özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxsin kimliyi məlum olub

Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxsin kimliyi dəqiqləşdirilib.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir.

İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub.

Ə. Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G. Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri