Əli Abbasov: «Azərbaycan təkcə bu ilin 6 ayında «Azərspace-1» peykindən 10 mln. dollar gəlir əldə edib»

Azərbaycanın «Azerspace-1» süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir.

Təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 mln. ABŞ dolları həcmində gəlir əldə olunub.

APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, «Azerspace-1» peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri