Əli Abbasov: «İnternet tariflərinin aşağı salınması istiqamətində planlar hazırlamışıq»

Azərbaycanda internet xidmətlərinin ucuzlaşdırılması istiqamətində dövlət tərəfindən yeni tədbirlər planı hazırlanır.

APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib: «İnternetin qiymətlərində mütəmadi olaraq ucuzlaşma gedir».

Nazir bildirib ki, internet xidmətləri adətən bazarda dövlət tərəfindən tənzimlənməyən xidmətlərə aid olur, lakin internet tariflərinin ucuzlaşmasında dövlətin də rolu var.

Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda mövcud internet tariflərinin aşağı salınması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən xüsusi planlar hazırlanıb və artıq yaxın vaxtlarda onlar açıqlanacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri