Qaraqan və Günel Hümbətova “Möhtəşəm maşın”da vicdan dərsi keçdilər

Qaraqan və Günel Hümbətova “Möhtəşəm maşın”da vicdan dərsi keçdilər Atv telekanalında canlı yayımlanan “Möhtəşəm maşın” şousunun yeddinci yarış günü gözlənilməz hadisələrlə yadda qaldı.

Veriliş ərzində iştirakçılardan hamısı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun şəklini qutuya ataraq onu oyundan uzaqlaşdırmaq istəyiblər.

H.Məhəmmədoğlu verilişin əvvəlində Günel Hümbətova və Aydan Axundzadəni, eləcə də Elxan Zeynallını oyundan çıxartmayacağını deyib.

Qaraqanın bir gün öncə səsləndirdiyi “Oyuna gəlməzdən əvvəl buradakıları özümdən aşağı hesab edirdim. Gələndən sonra fikrim dəyişdi və əslində dərin düşüncəyə sahib olduqlarını gördüm” - deyə fikirləri iştirakçıların qəzəbinə səbəb olub.

İlk olaraq müğənni Samir Piriyev bu sözlərə etiraz edib. Hüseyn isə deyilən fikirləri kim öz üzərinə götürürsə, onun cavab verməli olduğunu söyləyib.

Verilişin sonunadək klarnet ifaçısı kimi oyundan uzaqlaşdırmaq istədiyini açıqlamayıb.

Daha sonra 73.77 faiz səs toplayaraq oyunda qalmaq hüququnu qazanan Hüseyn gözlənilməz açıqlaması ilə hər kəsi təəccübləndirib. O, Qaraqanın adını çəkməsə də, dediyi sözlərdən aydın olub ki, hədəfi Elxandır:

“İnsanları özündən alçaq görən və onları meymun adlandıran şəxs əlini maşından çəksin”.

Bu sözlərdən sonra aparıcı Günel Hümbətova əlini maşından çəkərək oyundan çıxmaq qərarı alıb. Qaraqanı çıxarmayacağını söz verən klarnet ifaçısının bu hərəkətini qəbul edə bilmədiyini vurğulayan Hümbətova oyunda qalmaq istəmədiyini söyləyib.

Oyunun şərtlərinə görə, Hüseyn Məhəmmədoğlu Qaraqanı yarışmada saxlaya bilərdi və o, “qalsın” dəyərək Elxanı uzaqlaşdırmamaq qərarına gəlib. E.Zeynallı isə daha öncə deyilən sözlərdən sonra əlini maşından çəkməməsini belə əsaslandırıb:

“Mən insanları özümdən aşağı görmürəm və heç kimi meymun adlandırmamışam. Dünən də söylədim ki, buraya gələndən sonra fikirlərim dəyişdi. Bu gözəl maşının ətrafında gəzəndə 5-6 vicdan görmüşəm. Əgər kimsə vicdanını itiribsə, gəlib məndən soruşa bilər”.

Bu sözləri deyərək oyunu tərk edən Qaraqan heç kimlə görüşmədən studiyadan çıxıb.

Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, Aydan Axundova, stilist Anar Ağakişiyev, Hüseyn Məhəmmədoğlu, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.






oxu.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri