Bakı-Quba yolunda baş verən yol qəzasında 5 nəfər ölüb

Bakı-Quba yolunda baş verən yol qəzasında 5 nəfər ölüb Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərdən üçünün adı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində ölən beş nəfərdən üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub. Dünyasını dəyişənlər – “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirlidir.

Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


______________


Bakı-Quba yolunda baş verən dəhşətli qəzada beş nəfər ölüb.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya “Azərkörpü” Tikinti Şirkətinə məxsus 90-AG-518 dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşın 10-LM-061 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul “Nissan” və “Mercedes” markalı avtomobillərin üstünə aşıb.


İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.








Şərhlər
Hadisə bölməsinin xəbərləri