Azərbaycanda istehsal olunan yanacağın Avro-3 standartına çatdırılacağı tarix açıqlandı
- 24.12.2013, 15:50,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda istehsal olunan yanacaq 2014-cü ilin sonunda Avro-3 standartına çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.
S.Abdullayev deyib: "Biz daim istehsal olunan benzinin keyfiyyəti üzərində çalışan ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) danışıqlar aparırıq. Bundan başqa, ARDNŞ-lə əməkdaşlıq çərçivəsində bizim aramızda əməkdaşlıq sazişi imzalanıb. Bu müqaviləyə əsasən, yeni neft emalı komleksinin layihələndirilməsi, tikintisi və istismarı zamanı milli standartlar tətbiq ediləcək. Bu əməkdaşlıq altı illiyə nəzərdə tutulub və bu əməkdaşlığın nəticəsi kimi müxtəlif sahələrdə iki minə yaxın standart tətbiq olunacaq".
S.Abdullayevin dediyi kimi, Nazirlər Kabinetinin yeni standartların tətbiqi üzrə qərar layihəsi hazırdır və ictimaiyyət bu qərarın qüvvəyə minməsi barədə məlumatlandırılacaq.