Azərbaycanlı model türkiyəli prodüserlə ailə qurur

Azərbaycanlı model türkiyəli prodüserlə ailə qurur Onların arasında eşq münasibəti 3 aya yaxındır yaranıb.


Tanınmış türkiyəli teleprodüser, Azərbaycan teleməkanında bir çox maraqlı layihələrə imza atmış Kemal Cenk İçten ailə qurmağa hazırlaşır.


Prodüserin gələcək həyat yoldaşı azərbaycanlı aktrisa-model Minarə Allahverdiyevadır.


Çoxdan bir-birlərini tanıyan cütlüyün arasında ciddi eşq münasibəti 3 aya yaxındır yaranıb. Artıq bir-birlərini daha da yaxşı tanıyan ikili yeni ilin ilk aylarında ailə ittifaqına girməyə qərarlıdırlar. Bakıda gerçəkləşəcək toy mərasiminə özəl qonaqlar dəvət alacaqlar. Cenk bəy toyda mətbuat nümayəndələrinin də qonaq qismində iştiraklarını nəzərdə tutduğunu açıqlayıb.


Xatırladaq ki, K.C.İçtenin gələcək həyat yoldaşı M.Allahverdiyeva hazırda Xəzər TV-də yayımlanan “Sənə inanıram” teleserialında Nərminə obrazını canlandırır.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri