Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verən abituriyentlərin sayı 77 mini ötdü

Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verən abituriyentlərin sayı 77 mini ötdü Azərbaycanın 2013-2014-cü tədris ili üçün ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyədək 77 043 abituriyent sənəd verərək ərizəsini təsdiqlədib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu gün saat 10.30-dək ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak üçün elektron ərizəsini təsdiq edən abituriyentlərin 68 555 nəfəri Azərbaycan, 84 88 nəfəri rus bölməsi üzrə sənəd verib. Abituriyentlərin 26 922-i I, 18 091-i II, 22 868-i III, 91 62-i IV ixtisas qrupu üzrə ərizələrini təsdiqlədib.
Sənəd qəbulu iki mərhələdə aparılıb.

Birinci mərhələdə abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldururlar.
Abituriyentin elektron ərizəsi yalnız Sənəd Qəbulu Komissiyası tərəfindən təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaq.

Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu aprelin 9-dan başlayıb və mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən başlayıb və mayın 17-də yekunlaşacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri